5 mərtəbəli binanın zirzəmisində yanğın oldu

5-mertebeli-binanin-zirzemisinde-yangin-oldu
Oxunma sayı: 918

Nizami rayonu, Babək prospekti 87 ünvanında yanğın baş verib. 

“Qafqazinfo” xəbər verir ki, hadisə 5 mərtəbəli binada qeydə alınıb. 

Hadisə ilə bağlı Fövqəladə Hallart Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, yanğın binanın zirzəmisində olub:

“Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb edilib. Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Mənzillər yanğından mühafizə olunub. Yanğın nəticəsində beşmərtəbəli binanın zirzəmisində 15 kv.m.sahədə tullantı əşyalar yanıb”.