İmişli rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Rəsullu kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 2021-ci il təvəllüdlü Ömər Rəşid oğlu Xəlilov velosipedlə hərəkətdə olarkən traktorla toqquşub və altında qalıb.
Ağır xəsarətlər alan azyaşlı xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı
Son xəbərlər
Son Xəbərlər