1970-ci illərdə populyar olan bir aksesuarın 2026-cı ilin yay mövsümündə yenidən trendə çevriləcəyi açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Vogue” jurnalının rəsmi saytında məlumat verilib.
Bildirilir ki, qarşıdakı mövsümdə parlaq “boho-şık” üslubda muncuqlara xüsusilə üstünlük veriləcək.
Bu tip zinət əşyaları “Chloé” də daxil olmaqla məşhur moda brendlərinin nümayişlərində təqdim edilib.
Qeyd edək ki, aprelin əvvəlində 70-ci illər üslubunda taxta dabanlı ayaqqabıların da yay mövsümünün əsas trendlərindən biri olacağı bildirilib.



Son xəbərlər
Son Xəbərlər