56 yaşlı qadını maşın vurub öldürdü

56-yasli-qadini-masin-vurub-oldurdu
Oxunma sayı: 511

Şamaxıda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Sabir qəsəbəsi ərazisində olub.

Belə ki, A.Bəkirova idarə etdiyi “KIA” markalı avtomobillə piyada, 56 yaşlı Elmira Əliyevanı vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.