57 yaşlı kişi iş başında vəfat etdi

57-yasli-kisi-is-basinda-vefat-etdi
Oxunma sayı: 1011

Şəki şəhəri sakini, 1969-cu il təvəllüdlü Rəsul İsmayılov iş zamanı qəfil halının pisləşməsi nəticəsində dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılıb və müayinə zamanı 57 yaşlı kişinin vəfat etdiyi müəyyən olunub.

İlkin məlumata əsasən, R. İsmayılov ürəktutmadan ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. Meyit müvafiq ekspertiza üçün aidiyyəti üzrə prosedurlardan keçirilib və ailəsinə verilib.

Yunis Quliyev