58 yaşlı kişini maşın vurub öldürdü

58-yasli-kisini-masin-vurub-oldurdu
Oxunma sayı: 660

Şəkidə piyada ölümü ilə nəticələnən qəza baş verib.

“Qafqazinfo”nun məlumatına görə, bu gün saat 11 radələrində Şəki şəhəri ərazisində Arif Səlimov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolun kənarındakı 58 yaşlı İlqar Musayevi vurub.

İ.Musayev aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov