6 ayda 35 minə yaxın adamı it dişləyib - 1 nəfərdə quduzluq olub

6-ayda-35-mine-yaxin-adami-it-disleyib
Oxunma sayı: 462

2026-cı ilin ilk 6 ayı ərzində heyvanlar 34 776 nəfəri dişləyib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin direktor müavini Rita İsmayılova deyib.

O bildirib ki, sadəcə həmin şəxslər arasında 1 nəfərdə quduzluq halı müşahidə olunub.

Rita İsmayılova vurğulayıb ki, heyvanlar 2023-cü ildə 43 mindən çox, 2025-ci ildə isə 45 mindən çox insanı dişləyib.

Onun sözlərinə görə, Azərbaycanda quduzluq hallarında azalma tendensiyası nümayiş edilir.