Göygöldə 62 yaşlı kişi bədbəxt hadisə nəticəsində həyatını itirib.
"Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Çaykənd kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1964-cü il təvəllüdlü Xəlil Cəlilov yaşadığı evin həyətində qoz ağacından qoz yığarkən ehtiyatsızlıqdan yıxılaraq ölüb.
Faktla bağlı Göyçay rayon prokurorluğu araşdırma aparılır.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər