62 yaşlı qadın evində ölü tapıldı

62-yasli-qadin-evinde-olu-tapildi
Oxunma sayı: 511

Mingəçevirdə evdə qadın meyiti aşkarlanıb. 

“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhərin Energetiklər yaşayış massivi ərazisində yerləşən fərdi evlərdən birində baş verib. 

1964-cü il təvəllüdlü ev sahibi Şükufə Aslanova yaşadığı mənzildə ölü vəziyyətdə aşkar olunub. İlkin müayinə zamanı meyit üzərində hər hansı zorakılıq əlaməti müəyyən edilməyib. Hadisənin başvermə səbəblərinin dəqiqləşdirilməsi məqsədilə müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Faktla bağlı əlavə məlumat veriləcəyi gözlənilir.

Ziya Əmirxanlı