63 yaşlı kişi 56 yaşlı kəndlisini öldürdü - Qısqanclığa görə

63-yasli-kisi-56-yasli-kendlisini-oldurdu-
Oxunma sayı: 3163

Göygöldə qətl hadisəsi törədilib.

Qafqazinfo”nun APA-ya istinadən məlumata görə, hadisə ötən gün rayonun Topalhəsənli kəndində qeydə alınıb.

Kənd sakini, 1953-cü il təvəllüdlü Fəxrəddin Qocayev həmkəndlisi, 1960-cı il təvəllüdlü Cəlal Həsənovu bıçaqla qətlə yetirib. Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.

Faktla bağlı Göygöl rayon prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.