Zaqatalada yük maşınının vurduğu 66 yaşlı qadın ölüb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə Zaqatala şəhəri ərazisində qeydə alınıb.
Xarici dövlətə məxsus iritonnajlı yük avtomobili Qax rayonu istiqamətində hərəkətdə olarkən yolun hərəkət zolağında olan piyada - Zaqatalanın Faldarlı kənd sakini, 1960-cı il təvəllüdlü Firəngiz Səlim qızı Məmmədovanı vurub.
F.Məmmədova ağır vəziyyətdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, həkimlərin səylərinə baxmayaraq, o, əməliyyatdan bir qədər sonra ölüb.
Faktla bağlı araşdırma aparılır.
Mübariz Muradov
Son xəbərlər
Son Xəbərlər