67 illik karyerası ilə “Ginnesin Rekordlar Kitabı”na düşdü

67-illik-karyerasi-ile-ginnesin-rekordlar-kitabina-dusdu
Oxunma sayı: 527

Miçiqan ştatında 90 yaşlı ingilis dili müəllimi 67 illik karyerasına görə “Ginnesin Rekordlar Kitabı”na düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda UPI məlumat yayıb.

Belə ki, Beverli Hannett-Prays “Detroit Country Day School”da ingilis dilini tədris edir. Bazar ertəsi onun şərəfinə keçirilən sürpriz toplantıda dil müəllimi (qadın) kimi ən uzun karyerasına görə “Ginnesin Rekordlar Kitabı”nın sertifikatı təqdim olunub.