70-ə yaxın qurumda uyğunsuzluqlar - Vüqar Gülməmmədov açıqladı

70-e-yaxin-qurumda-uygunsuzluqlar
Oxunma sayı: 812

“Bu il ilk dəfə olaraq biz rəqəmsal həllərin köməyi ilə qanunvericilikdə üzərimizə düşən hesabatların təqdim edilməsini təqribən 100-dən çox indikator üzrə qiymətləndirməyə çalışdıq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Trend və İTV-yə müsahibəsində deyib.

O qeyd edib ki, aparılan qiymətləndirmələr əsasında 70-ə yaxın quruma uyğunsuzluqlar və kənarlaşmalar barədə arayış təqdim olunub:

“Onlardan həmin arayışların cavablandırılmasını istəyirik. Eyni zamanda bildirmək istəyirəm ki, 2025-ci il dövlət büdcəsinin icrasına dair rəyin hazırlanması zamanı biz 200-dən çox təşkilatdan 2 000-dən çox hesabat almışıq. Lakin önəmli olan bu hesabatların sayı deyil, onların yetərlilik səviyyəsidir”.