72 yaşlı aktyorun gənc görünüşü müzakirələrə səbəb oldu - Video

72-yasli-aktyorun-genc-gorunusu-muzakirelere-sebeb-oldu
Oxunma sayı: 1066

Hollivudun canlı əfsanəsi Con Travolta Fransada keçirilən Kann Film Festivalında həm yeni tərzi, həm də aldığı xüsusi mükafatla gündəmə damğa vurub.

“Qafqazinfo” xəbər verir ki, 72 yaşlı aktyor festivalın qırmızı xalçasına qızı Ella Blö Travolta ilə birlikdə çıxıb. 

Gənc görünüşü və yeni imici ilə diqqət çəkən Travolta festival iştirakçılarını heyran qoyub.

Aktyor üçün gecənin əsl sürprizi isə rejissor kürsüsünə əyləşdiyi ilk ekran işi olan “Propeller One-Way Night Coach” filminin premyerasında yaşanıb. Belə ki, səhnəyə dəvət olunan Hollivud ulduzuna gözlənilmədən fəxri “Qızıl Palma Budağı” mükafatı təqdim edilib.

Qeyd edək ki, “Pulp Fiction”, “Grease” və “Saturday Night Fever” kimi kult filmlərlə tanınan aktyorun yeni ekran işi aviasiyanın “qızıl dövrü”ndən bəhs edir. Ailəvi macəra janrında olan film Travoltanın 1997-ci ildə yazdığı uşaq kitabı əsasında ekranlaşdırılıb. Aktyor layihənin həm ssenari müəllifi, həm rejissoru, həm də prodüseridir. O, eyni zamanda filmdə rollardan birini canlandırıb. Ekran işində ulduzun qızı Ella Blö Travolta da rol alıb. Ekran işi bu ayın sonunda “Apple TV” platformasında yayımlanacaq.

Xatırladaq ki, bu il fəxri “Qızıl Palma Budağı” mükafatı həmçinin “Üzüklərin hökmdarı” filminin rejissoru Piter Cekson və aktrisa Barbra Streyzanda da təqdim olunacaq.