8 aylıq hamilə qadın yıxılıb öldü

8-ayliq-hamile-qadin-yixilib-oldu
Oxunma sayı: 4144

Göyçayda hamilə qadın qəfil ölüb.

“Qafqazinfo” xəbər verir ki, rayonun Çərəkə kəndində yaşayan 1997-ci il təvəllüdlü, 8 aylıq hamilə olan Fidan Müzəffər qızı Kərimova evin həyətində yıxılıb. O, aldığı xəsarətlərdən vəfat edib.

Bildirilib ki, vəfat edən F.Kərimova ilk övladını dünyaya gətirməyə hazırlaşırmış. Daha əvvəl də onun bətnindəki 4-5 aylıq uşaq tələf olubmuş.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.