9 ayda DSMF-nin xərcləri nə qədər artıb?

9-ayda-dsmf-nin-xercleri-ne-qeder-artib
Oxunma sayı: 362

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin yanvar-sentyabr aylarında proqnozla müqayisədə 5 faiz və ya 279 milyon manat çox olmaqla 6 milyard 370 milyon manat təşkil edib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı ƏƏSMN məlumat yayıb.

Bildirilib ki, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları proqnoza nisbətən 6 faiz və ya 280 milyon manat artaraq 5 milyard 73 milyon manat olub.

Cari ilin 9 ayında DSMF-nin xərcləri isə 6 milyard 189 milyon manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz və ya 561 milyon manat çoxdur.