9 qollu oyunda İspaniya finala çıxdı! - Video

9-qollu-oyunda-ispaniya-finala-cixdi
Oxunma sayı: 3449

Bu gün UEFA Millətlər Liqasında ikinci finalçı məlum olub.

“Qafqazinfo” xəbər verir ki, yarımfinalda İspaniya və Fransa yığmaları qarşılaşıblar.

Almaniyada keçirilən görüşdə 9 qol qeydə alınıb. Yekunda ispanlar 5:4 hesabıyla qalib gələrək finala yüksəliblər.

Beləliklə, finalda İspaniya yığması Portuqaliyanı sınağa çəkəcək. 

Fransa isə Almaniya ilə 3-cü yer uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, üçüncü yer uğrunda matç və final qarşılaşması iyunun 8-də oynanılacaq.