9 yaşlı uşağı vuran “Niva” dərəyə aşdı - Foto

9-yasli-usagi-vuran-niva-dereye-asdi
Oxunma sayı: 1005

Göygöldə piyadanı vuran avtomobil aşıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Toğanalı kəndində qeydə alınıb.

Belə ki, Gəncə sakini Əli Dünyamalıyev idarə etdiyi “Niva” markalı avtomobillə 2017-ci il təvəllüdlü N. Balaşovanı vurub.

Sonradan “Niva” dərəyə aşıb. Hadisə zamanı sürücü və daha bir nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma başlanılıb.

Yunus Quliyev