AAYDA-nın avtomobili qəzaya düşdü - Sürücü öldü

aayda-nin-avtomobili-qezaya-dusdu
Oxunma sayı: 743

Bakı-Quba avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, “Shachman” markalı yük avtomobili ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus “Mitsubishi” markalı minik maşını toqquşub.

Qəza nəticəsində “Mitsubishi” markalı avtomobilin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

***

Siyəzən rayonunun Zarat kəndindən keçən hissəsində baş verən qəza  zamanı 1981-ci il təvəllüdlü Masallı sakini Nəsib Zöhrab oğlu Tahirov iş başında olarkən iki yük maşınının arasında qalıb.

Ağır xəsarətlər alan N. Tahirov hadisə yerində ölüb.

Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə yerləşdirilib.

Ziya Əmirxanlı