Ölkəmizin sosial-iqtisadi inkişafına töhfə verən ABB Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 yüksək mükafatına layiq görülüb.
ABB “Qeyri-neft sektoru üzrə vergi rekordçusu” elan edilib. Bundan başqa, bank “Beynəlxalq vergi əməl etməsi üzrə nümunəvi maliyyə institutu” adını da qazanıb.
Mükafatlar 5 mart 2026-cı ildə keçirilən “Vergi sistemində gələcəyə baxış: Yeni idarəetmə modeli və data əsaslı qərarlar” forumu zamanı ABB-yə təqdim olunub.
Qeyd edək ki, ABB son 3 ildə ölkəmizin dövlət büdcəsinə 433 milyon manat vergi ödəyib. Bunun 285 milyon manatı mənfəət vergisi olub.
Bank vergi intizamı sahəsində də beynəlxalq standartlar tətbiq edir.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.
Son xəbərlər
Son Xəbərlər