ABB ilə “Davr Bank” arasında əqd prosesi tamamlandı

abb-ile-davr-bank-arasinda-eqd-prosesi-tamamlandi
Oxunma sayı: 215

ABB Maliyyə Qrupu ilə Özbəkistanda fəaliyyət göstərən “Davr Bank” kommersiya bankı arasında əqdin bağlanması prosesi uğurla tamamlanıb. Əqd 10 sentyabr 2026-cı il tarixində Daşkənd Fond Birjasında qeydiyyata alınıb.

Tranzaksiyanın ümumi dəyəri 1,646 trilyon som (təxminən 140 milyon ABŞ dolları) təşkil edir. Razılaşmaya əsasən, “Davr Bank”ın 51 milyon adi səhmini əldə etməklə bankın kapital strukturunda 51% paya sahib olub.

Bank yaxın günlərdə Özbəkistan bazarında “ABB Davr” brendi altında universal bank kimi fəaliyyətə başlayaraq fərdi müştərilərə, kiçik və orta bizneslərə, eləcə də iri korporativ qurumlara geniş çeşiddə bank xidmətləri göstərəcək.

Hazırda “Davr Bank”ın 2 milyondan çox müştərisi, 1,800-dən çox əməkdaşı, paytaxt və regionlarda 43 filial və xidmət mərkəzi var, aktivlərinin həcmi 2 milyard manatdan çoxdur. Bank xüsusilə kiçik və orta biznesin maliyyələşdirilməsində fəal mövqeyə malikdir.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində, 23 avqust 2026-cı ildə Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə “ABB Davr Bank” layihəsinin rəsmi açılışı olub.

ABB Maliyyə Qrupunun Özbəkistan bazarında fəaliyyətlə bağlı strateji baxışı ilə ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimovun müsahibəsindən tanış ola bilərsiniz.

ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə ətraflı məlumatı bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.