ABŞ-də gəmiqayırma zavodunda partlayış - Ölən və yaralananlar var

abs-de-gemiqayirma-zavodunda-partlayis
Oxunma sayı: 310

ABŞ-nin Nyu-York ştatında yerləşən Staten adasındakı gəmiqayırma zavodunda baş verən yanğın və ardınca qeydə alınan partlayış nəticəsində 1 nəfər ölüb, azı 36 nəfər xəsarət alıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nyu-York Yanğından Mühafizə İdarəsi məlumat yayıb.

Bildirilib ki, hadisə yanğının söndürülməsi zamanı baş verən partlayışla daha da genişlənib.

Məlumata əsasən, yaralananların çoxu yanğınsöndürəndir. Sözügedən şəxslərdən üçünün vəziyyəti ağırdır. Xəsarət alanlar dərhal yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Hadisə yerinə 200-dən çox yanğınsöndürən və təcili yardım əməkdaşı cəlb olunub. Ərazidə yanğının tam söndürülməsi və təhlükəsizliyin təmin edilməsi istiqamətində işlər davam etdirilir.

Hazırda yanğın və partlayışın dəqiq səbəbləri araşdırılır.