ABŞ-də HƏMAS-ı dəstəkləməkdə şübhəli bilinən fələstinli tutuldu

abs-de-hemas-i-desteklemekde-subheli-bilinen-felestinli-tutuldu
Oxunma sayı: 439

ABŞ Ədliyyə Nazirliyi 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə qarşı təşkil etdiyi hücumla əlaqəli olduğu iddia edilən bir Qəzza sakininin saxlanıldığını açıqlayıb.

“Qafqazinfo”nun məlumatına görə, saxlanma hadisəsi Luiziana ştatında baş verib.

Nazirliyin yaydığı rəsmi açıqlamada bildirilir ki, həmin şəxs hücum günü silahlı şəkildə İsrail sərhədini keçərək, HƏMAS-a dəstək məqsədilə fələstinli döyüşçüləri bir araya toplamağa çalışıb.

Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs 2024-cü ilin sentyabrında ABŞ-yə daxil olub, lakin viza müraciəti zamanı “Fələstinin Azadlığı Uğrunda Demokratik Cəbhə” adlı təşkilatın hərbi qanadına üzv olduğunu gizlədib.

Hazırda onun barəsində terror fəaliyyətində iştirak və ABŞ immiqrasiya qanunvericiliyinin pozulması maddələri üzrə istintaq davam edir.