ABŞ-də Müstəqillik Günü tətili qanlı keçdi - 3 gündə 20 atışma

abs-de-musteqillik-gunu-tetili-qanli-kecdi
Oxunma sayı: 310

ABŞ-nin Müstəqillik Günü münasibətilə elan edilmiş 3 günlük bayram tətili günlərində ölkədə rekord sayda - 20 atışma hadisəsi qeydə alınıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Gun Violence Archive” qeyri-hökumət təşkilatı “X” sosial şəbəkəsindəki hesabında məlumat yayıb. 

Bildirilib ki, bu, 2021-ci ildən sonra ən yüksək göstəricidir. Bu atışmalar nəticəsində ümumilikdə 100 nəfər ölüb, 340 nəfər güllə yarası alıb. 

Təşkilat bu statistik məlumatların ilkin xarakter daşıdığını və dəyişə biləcəyini açıqlayıb.