ABŞ-də tornadolara görə fövqəladə vəziyyət elan edildi - Yenilənib

abs-de-tornadolara-gore-fovqelade-veziyyet-elan-edildi
Oxunma sayı: 2371

ABŞ-nin cənub ştatlarında baş verən təsirli tornadolar nəticəsində Missisipidə 25, Alabamada isə 1 nəfər həlak olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Missisipi Fövqəladə Hallar Agentliyi məlumat yayıb.

Bildirilib ki, 1 gündə baş verən 10-dan çox tornado şəhərləri məhv edib:

“Mississipi 24 mart 2023-cü il gecəsi ştatı bürümüş dağıdıcı və ölümcül qasırğalarla mübarizəni davam etdirir. Hazırda ölənlərin sayı 25-ə çatıb və onlarla insan yaralanıb”.

Tornadoların təsirli olduğu Alabama ştatında isə Morgan bölgəsinin Fövqəladə Hallar İdarəsindən 1 nəfərin öldüyü barədə açıqlama verilib.

***

ABŞ Prezidenti Co Bayden tornadoya görə Missisipi ştatında fövqəladə vəziyyət elan edib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tornadoların ziyan vurduğu ərazilərdə hazırda federal yardım işləri aparılır.