ABŞ-də “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”na (TRIPP) həsr olunmuş dəyirmi masa təşkil edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Amerika Birləşmiş Ştatları-Azərbaycan Ticarət Palatası (USACC) yayıb.
Bildirilib ki, tədbirdə Azərbaycan və Ermənistanın ABŞ-dəki səfirləri Xəzər İbrahim və Narek Mkrtçyan iştirak ediblər.
Qapalı formatda keçirilən dəyirmi masada TRIPP layihəsinin regional əlaqələrin möhkəmləndirilməsində və Orta Dəhliz boyunca ABŞ-nin davamlı iqtisadi mövcudluğunun təmin edilməsində rolu müzakirə edilib.
Tədbirdə həmçinin Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanın ABŞ-dəki səfirləri, həmçinin ABŞ hökumətinin yüksəkrütbəli rəsmiləri və biznes nümayəndələri iştirak ediblər.
Son xəbərlər
Son Xəbərlər