ABŞ-də zəncirvari qəza - 100 maşın bir-birinə çırpıldı+Fotolar

abs-de-zencirvari-qeza
Oxunma sayı: 211

ABŞ-nin Miçiqan ştatında güclü qar zəncirvari qəzaya səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, 100-dən çox avtomobil bir-birinə çırpılıb.

Bildirilib ki, qəzada iştirak edən avtomobillərdən 30-u yük maşınıdır.

Yerli polis çox sayda insanın xəsarət aldığını, lakin həlak olanların olmadığını qeyd edib.