ABŞ-dən HƏMAS rəsmilərinə qarşı sanksiya

abs-den-hemas-resmilerine-qarsi-sanksiya
Oxunma sayı: 698

ABŞ HƏMAS hərəkatının rəsmiləri və hərbçilərinə qarşı yeni sanksiyalar tətbiq edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məhdudiyyətlər terrorizmin maliyyələşdirilməsi və silah qaçaqmalçılığı ilə məşğul olduğu iddia edilən bir sıra şəxslərə də şamil olunub.

“Bu gün ABŞ Xəzinədarlığının Xarici Aktivlərə Nəzarət Ofisi HƏMAS-ın 6 yüksəkrütbəli məmuruna qarşı sanksiya tətbiq edib”, - məlumatda deyilir.