ABŞ İran neftinin satışına icazə verməyəcək

abs-iran-neftinin-satisina-icaze-vermeyecek
Oxunma sayı: 392

ABŞ dənizdə gözləyən İran neftinin satışına icazə verən müvəqqəti lisenziyanın müddətinin başa çatmasından sonra uzadılmayacağını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki,bununla bağlı ABŞ Maliyyə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, İran neftinə qarşı “maksimum təzyiq” siyasəti çərçivəsində sərt addımlar davam etdirilir.

Vurğulanıb ki, İran neftinin satışına icazə verən qısamüddətli lisenziyanın müddəti yaxın günlərdə başa çatacaq və onun uzadılması nəzərdə tutulmur.

Həmin lisenziya əvvəlki qaydalara əsasən 20 mart saat 00:01-dən əvvəl gəmilərə yüklənmiş İran xam nefti və neft məhsullarının satışına, çatdırılmasına və boşaldılmasına müvəqqəti icazə verirdi.

Qərara görə, icazənin müddəti 19 aprel saat 00:01-də başa çatırdı və bundan sonra əməliyyatların hüquqi statusu dəyişəcək.