ABŞ İrana məxsus limanı vurdu - Video

abs-irana-mexsus-limani-vurdu
Oxunma sayı: 769

ABŞ hərbçiləri İranın Çabahar limanında yerləşən müşahidə qülləsini məhv edib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində məlumat yayıb.

Məlumata görə, qüllə Oman körfəzi sahillərində yerləşən dəniz müşahidə sisteminin bir hissəsi olub.

Bildirilib ki, SEPAH bu qüllədən Hörmüz boğazından keçən gəmiləri izləmək üçün istifadə edirdi.

Qeyd edək ki, Çabahar İranın Hind okeanına birbaşa çıxışı olan yeganə limanıdır.