ABŞ İrana yenidən zərbələr endirməyə başlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Bildirilib ki, İranda yerləşən “hərbi hədəflərə” qarşı yeni hücumlara başlanılıb.
Qeyd olunub ki, bu əməliyyatlarla ABŞ artıq ardıcıl 11-ci gecədir İrana qarşı hücumlar həyata keçirir.
CENTCOM-dan vurğulanıb ki, hücumların əsas məqsədi İranın Hörmüz boğazında ticarət gəmilərini təhdid etmək imkanlarını zəiflətməkdir.
***
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran ərazisində həyata keçirilən son hücum mərhələsinin başa çatdığını açıqlayıb.
Bildirilib ki, ABŞ qüvvələri İrana qarşı ardıcıl 11-ci gecə davam edən zərbələri tamamlayıb.
Əməliyyatlar zamanı İranın hərbi əməliyyat mərkəzləri, dəniz imkanları, təyyarə anqarları, pilotsuz uçuş aparatlarının saxlanma məntəqələri və hərbi logistika infrastrukturu hədəfə alınıb.
Qeyd edilib ki, hücumların əsas məqsədi İranın Hörmüz boğazında kommersiya gəmiçiliyinə təhdid yaratmaq imkanlarını zəiflətməkdir.
Açıqlamada İranın son üç ay ərzində Hörmüz boğazından keçən 30-dan çox kommersiya gəmisinə hücum etdiyi iddia olunub. ABŞ tərəfi isə may ayının əvvəlindən etibarən bölgədə təxminən 900 ticarət gəmisinin və 450 milyon barel xam neftin tranzitinə dəstək verdiyini bildirib.
Son xəbərlər
Son Xəbərlər