ABŞ İrandakı SEPAH hədəflərini vurmağa başladı - CENTCOM bəyanat yaydı

abs-irandaki-sepah-hedeflerini-vurmaga-basladi
Oxunma sayı: 676

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkə hesabında İranla bağlı təcili bəyanat yayıb.

“Qafqazinfo” xəbər verir ki, CENTCOM-un paylaşımında ABŞ qüvvələrinin İranda İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus hədəflərə zərbələr endirməyə başladığı bildirilib.

Bəyanatda zərbələrin bu gün Şərq vaxtı ilə saat 12:00-da başladığı qeyd olunub:

“Bu zərbələr SEPAH-ın Hörmüz boğazında kommersiya gəmiçiliyinə və regionda yerləşdirilən amerikalı hərbi qulluqçulara qarşı son vaxtlar etdiyi hücum cəhdlərindən sonra həyata keçirilir”.