ABŞ İsraili İrana zərbə endirməməsi barədə xəbərdarlıq edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə mənbələr Səudiyyə Ərəbistanının “Əl-Hədəs” (“Al-Hadath”) telekanalına məlumat veriblər.
“ABŞ administrasiyası İsraili İrana qarşı birtərəfli zərbələr endirməməsi barədə xəbərdarlıq edib”, - məlumatda deyilir.
Qeyd olunur ki, Vaşinqton həmçinin İsraili Suriya ilə gərginliyin azaldılması səviyyəsini qoruyub saxlamağa təşviq edir. Mənbələr əlavə ediblər ki, İsrail öz növbəsində ABŞ tərəfini Qəzza zolağı və Livana zərbələr endirməyə davam etmək planları barədə məlumatlandırıb.
Son xəbərlər
Son Xəbərlər