ABŞ-ni diplomatiya yolunu seçməyə çağırdı

abs-ni-diplomatiya-yolunu-secmeye-cagirdi
Oxunma sayı: 382

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ni ötənilki səhvi təkrarlamamağa və Vaşinqtonla Tehran arasında fikir ayrılıqlarının həllində diplomatiya yolunu seçməyə çağırıb.

“Qafqazinfo” xəbər verir ki, o bu haqda “Fox News”a müsahibəsində danışıb.

“Mesajım budur: İyun ayında etdiyiniz səhvi təkrarlamayın. Əgər uğursuz eksperimenti təkrarlamağa cəhd etsəniz, nəticə eyni olacaq. İyun ayında siz obyektləri və avadanlıqları məhv etdiniz, ancaq texnologiya və qətiyyəti bombalaya bilməzsiniz”, - İran XİN rəhbəri bildirib.

Əraqçi qeyd edib ki, İran hakimiyyəti 20 ildir danışıqlara hazır olduğunu nümayiş etdirib, lakin ABŞ bu müddət ərzində həmişə “diplomatiyadan qaçıb və müharibəni seçib”.