ABŞ-nin İsraildəki səfirliyi də xəbərdarlıq yaydı

abs-nin-israildeki-sefirliyi-de-xeberdarliq-yaydi
Oxunma sayı: 551

ABŞ-nin İsraildəki Səfirliyi vətəndaşlarına regionda gərginliyin artması riski ilə bağlı xəbərdarlıq edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

ABŞ-İran qarşıdurmasının yeni mərhələsi fonunda diplomatik missiyanın saytında yerləşdirilən bəyanatda təhlükəsizlik mühitinin mürəkkəb qaldığı vurğulanıb:

“Yaxın Şərqdəki gərginlik səbəbindən təhlükəsizlik sahəsindəki vəziyyət mürəkkəb olaraq qalır, gözlənilməz eskalasiya potenasialı mövcuddur. Hazırda regionda olan amerikalılar yüksək ehtiyatlılıq nümayiş etdirməli, reyslərin ləğv olunmasına və aviasiya əlaqəsinin pozulmasına hazır olmalıdırlar”.

Səfirlik İsraildəki ABŞ vətəndaşlarına ən yaxın sığınacaq və ya mühafizə olunan otaqların yerini əvvəlcədən öyrənməyi, İsrail Arxa Cəbhə Komandanlığının raket və PUA hücumları barədə bildiriş göndərən tətbiqini yükləməyi, habelə fövqəladə hallar üçün qida, su və dərman ehtiyatı toplamağı tövsiyə edib.

Bununla belə, bəyanatda ABŞ-nin Qüdsdəki Səfirliyinin və Təl-Əvivdəki şöbəsinin ştat rejimində fəaliyyətini davam etdirdiyi və konsulluq xidmətlərini tam həcmdə göstərdiyi qeyd olunub.