“ABŞ-nin vasitəçiliyi ilə danışıqlara başlanılacağını gözləyirik”

abs-nin-vasiteciliyi-ile-danisiqlara-baslanilacagini-gozleyirik
Oxunma sayı: 1393

“Livan ABŞ-nin vasitəçiliyi ilə İsraillə danışıqlara başlayacağını gözləyir”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Livan Prezidenti Cozef Aun bildirib.

“Artıq güc məntiqi işləmir; biz məntiqin gücünə müraciət etməliyik", - o əlavə edib.

Aun açıqlamasında Litani çayından başlayaraq Livanın cənubunda şiə Hizbullah hərəkatının artıq fəaliyyət göstərmədiyini qeyd edib. O, ölkənin silahlı qüvvələrinin cənubun və digər bölgələrin təhlükəsizliyini təmin etdiyini vurğulayıb.

Qeyd edək ki, noyabrın 6-da İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı Hizbullah infrastrukturuna qarşı silsilə hücumlar həyata keçirib.