“ABŞ olmadan NATO “kağızdan düzəldilmiş pələng” kimidir. Onlar İranın qarşısını almaq üçün mübarizəyə qoşulmaq istəmədilər”.
“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.
“İndi isə bu mübarizə hərbi baxımdan qazanılıb və onlar üçün demək olar ki, heç bir təhlükə qalmadığı halda, ödəməli olduqları yüksək neft qiymətlərindən şikayət edirlər. Lakin Hörmüz boğazını açmaq üçün kömək etmək istəmirlər. Halbuki bu, neft qiymətlərinin yüksək olmasının əsas səbəbidir və sadə bir hərbi əməliyyatdır.
Bunu etmək onlar üçün çox asandır və risk demək olar ki, yoxdur. Qorxaqlar, biz bunu xatırlayacağıq!”, - deyə o paylaşımda qeyd edib.
Son xəbərlər
Son Xəbərlər