ABŞ ordusu Venesuelada ciddi müqavimətə hazırlaşıbmış

abs-ordusu-venesuelada-ciddi-muqavimete-hazirlasibmis
Oxunma sayı: 637

ABŞ ordusu Venesuelada əməliyyat planlaşdırarkən ciddi müqavimətə hazırlaşıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda ABŞ Ədliyyə Nazirliyinin dərc etdiyi hüquqi rəydə bildirilib.

Sənəddə qeyd edilir ki, “ABŞ qüvvələrinin yaxınlaşma zamanı ciddi müqavimətlə qarşılaşacağı gözlənilirdi”.

Bildirilir ki, əməliyyat komandanlığı Venesuelanın Fort Tiuna bazası yaxınlığında 75-ə qədər hava hücumundan müdafiə sisteminin olduğunu nəzərə alıb.

Xatırladaq ki, yanvarın 3-də ABŞ-nin Venesuelada həyata keçirdiyi əməliyyat nəticəsində Prezident Nikolas Maduro və xanımı Siliya Flores həbs ediliblər.