ABŞ Suriyaya qarşı bütün sanksiyaları ləğv etdi

abs-suriyaya-qarsi-butun-sanksiyalari-legv-etdi
Oxunma sayı: 1549

ABŞ Suriyaya qarşı sanksiyaların ləğv edildiyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

O bu qərarını türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla apardığı söhbətlərdən sonra aldığını vurğulayıb.

Tramp, həmçinin bildirib ki, ABŞ Dövlət katibi Marko Rubio cümə axşamı İstanbulda keçirilməsi planlaşdırılan Rusiya-Ukrayna danışıqlarında iştirak edəcək.

ABŞ lideri Rubionun gələn həftə Suriya xarici işlər naziri Əsəd Həsən Şeybani ilə də görüşəcəyini açıqlayıb və bölgədəki diplomatik prosesin yeni mərhələyə qədəm qoyduğunu bəyan edib.