ABŞ tarixinin ən çox gəlir gətirən animasiya filmi oldu

abs-tarixinin-en-cox-gelir-getiren-animasiya-filmi-oldu
Oxunma sayı: 662

“Walt Disney Co.” şirkətinin ərsəyə gətirdiyi “Zootopia 2” ABŞ tarixində ən çox gəlir gətirən animasiya filmi olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı şirkət yayıb. 

Bildirilib ki, yanvarın 18-nə olan məlumata görə, film dünya üzrə kassalarda 1,7 milyard dollar gəlir qazandırıb. 

Beynəlxalq auditoriyanın böyük marağına səbəb olan “Zootopia 2” bu göstərici ilə 2024-cü ildə 1,69 milyard dollar gəlir toplayan “Inside Out 2”ni geridə qoyub.

Xatırladaq ki, “Zootopia”nın ilk hissəsi 2016-cı ildə, “Zootopia 2” isə ötən ilin noyabrında kinoteatrlarda yayımlanıb.