ABŞ Türkiyədəki vətəndaşlarına xəbərdarlıq etdi

abs-turkiyedeki-vetendaslarina-xeberdarliq-etdi
Oxunma sayı: 22346

ABŞ Dövlət Departamenti Türkiyədəki vətəndaşlarına təhlükəsizliklə bağlı xəbərdarlıq edib.

“Qafqazinfo” xəbər verir ki, bəyanatda Türkiyədə çalışan ABŞ hökuməti işçilərindən Türkiyənin cənub-şərqindəki 22 vilayəti əhatə edən Adana Konsulluğu bölgəsinə şəxsi səfərlərdən çəkinmələri xahiş olunur.

Xəbərdarlığa görə, ABŞ-nin xarici siyasətinə mənfi baxışların artması ABŞ və Qərbin maraqlarına qarşı etirazlara səbəb ola bilər.

ABŞ öz vətəndaşlarını diqqətli olmağa və yerli təhlükəsizlik xəbərdarlığına əməl etməyə çağırıb.