ABŞ-yə mahnı ilə cavab verdi - Video

abs-ye-mahni-ile-cavab-verdi
Oxunma sayı: 283

Venesuela Prezidenti Nikolas Maduro ABŞ ilə gərginliyin artması fonunda qeyri-adi çıxışı ilə gündəmə gəlib.

“Qafqazinfo” xəbər verir ki, ABŞ-nin Venesuela sahillərində bir neft tankerini ələ keçirməsindən sonra keçirilən mitinqdə Maduro mikrofonu götürərək, 1988-ci ildə məşhur olan “Don't Worry, Be Happy” mahnısını oxuyub.

Musiqiyə rəqs edən Maduronun çıxışı“Mən narahat deyiləm” mesajı kimi qəbul edilib.

Maduro izdihama müraciət etməzdən əvvəl ispan dilində “Mən müharibəyə qarşı olan Amerika vətəndaşlarına müraciət edirəm... Narahat olmayın, xoşbəxt olun” deyib.

Maduronun “musiqi mesajı” iki ölkə arasındakı gərginlik və neft tankeri hadisəsi fonunda sosial mediada geniş əks-səda doğurub. Venesuela lideri mahnının sözlərinin sülh mesajı çatdırdığını və ABŞ daxilində müharibə əleyhinə əhval-ruhiyyəni əks etdirdiyini bildirib.