Abşeron polisinə yeni rəis təyin edildi

abseron-polisine-yeni-reis-teyin-edildi
Oxunma sayı: 15434

Abşeron Rayon Polis İdarəsinə rəis təyin olunub.

"Qafqazinfo" xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis polkovniki Musa Musayev Abşeron rayon Polis İdarəsinə rəis təyin edilib.

DİN-in mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev məlumatı saytımıza təsdiq edib.