Bu ərazilərdə işığın verilişində fasilə olacaq

bu-erazilerde-isigin-verilisinde-fasile-olacaq
Oxunma sayı: 1465

Bu gün Abşeron rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, buna səbəb Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 110 kV-luq “Masazır-1” və “Xırdalan-5” hava xətlərində təmir işinin aparılmasıdır.

Belə ki, saat 09:00-dan saat 15:00-dək Xırdalan şəhəri Hacı Zeynalabdin Tağıyev, Mehdi Hüseyn küçələri, Müşviq qəsəbəsi, 28 may qəsəbəsinin bir hissəsində, Sumqayıt yolunun ətrafında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. 

Təmir işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.