“Açığı, müəyyən inamsızlıq da var...”

acigi-mueyyen-inamsizliq-da-var
Oxunma sayı: 2992

“Ermənistan, Azərbaycan və Rusiya baş nazirlərinin müavinlərinin üçtərəfli formatı uzun müddətdir ki, fəaliyyət göstərmir”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.

“Mövcud mətnlərin şərhində fərqliliklər, bəzi praktik problemlər var. Açığı, müəyyən inamsızlıq da var”, - deyə o əlavə edib.