Acunun komandası ilk turda “Mançester Yunayted”i məğlub etdi

acunun-komandasi-ilk-turda-mancester-yunaytedi-meglub-etdi
Oxunma sayı: 658

İngiltərə Premyer Liqasında mövsümün ilk böyük sürprizi qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, “Mançester Yunayted” İkinci diviziondan yeni qayıdan “Hall Siti”yə məğlub olub.

Halledəki “MKM” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda hesabı 17-ci dəqiqədə Semi Adayi açıb. Meydan sahiblərinin ikinci qolunu isə 38-ci dəqiqədə Reqan Sleyterin ötürməsindən sonra Nobel Mendi vurub.

Qeyd edək ki, növbəti turda “Qırmızı şeytanlar” avqustun 30-da doğma meydanda “İpsviç Taun”u qəbul edəcək. “Hall Siti” isə bir gün əvvəl səfərdə “Koventri Siti”nin qonağı olacaq.

Məlumat üçün bildirək ki, keçən mövsüm Premyer Liqanı 71 xalla 3-cü pillədə başa vuran “Mançester Yunayted”dən fərqli olaraq, iş adamı Acun Ilıcalının sahibi olduğu “Hall Siti” Çempionşip pley-offunun finalında “Midlsbro”nu 1:0 hesabı ilə məğlub edərək 2017-ci ildən sonra ilk dəfə elitanın iştirakçısı olub.