Ad günündə özünə 7 milyonluq “Ferrari” aldı - Fotolar

ad-gununde-ozune-7-milyonluq-ferrari-aldi
Oxunma sayı: 1934

Ulduz futbolçu Zlatan İbrahimoviç 4 milyon dollarlıq (6 milyon 800 min manat) “Ferrari F80” alıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İsveç mətbuatı məlumat yayıb.

“Milan”da yüksəksəviyyəli məsləhətçi vəzifəsində çalışan isveçli futbol əfsanəsi yeni avtomobilinin videosunu instagram səhifəsində paylaşaraq, “Happy Birthday to Zlatan” (“Zlatanın doğum günü mübarək”) başlığını yazıb.

Qeyd edək ki, oktyabrın 3-ü onun 45 yaşı tamam olub.