Adamiya baş məşqçi təyin edildi

adamiya-bas-mesqci-teyin-edildi
Oxunma sayı: 564

Gürcüstan milli komandasına yeni baş məşqçi təyin olunub.

“Qafqazinfo” xəbər verir ki, məşhur fransalı futbol mütəxəssisi Villi Sanyoldan sonra bu posta Ramaz Svanadze gətirilib.

Gürcüstan Futbol Federasiyasının yaydığı məlumata görə, yeni baş məşqçi ilə 2028-ci ilin sonunadək müqavilə imzalanıb.

Svanadze buna qədər Gürcüstanın U-21 yığmasının baş məşqçisi olub. U-21-in Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi son üç oyunda R.Svanadzeni onun köməkçisi olmuş Georgi Adamiyanın əvəzləyəcəyi bildirilib.

Qeyd edək ki, Georgi Adamiya vaxtilə futbolçu kimi Azərbaycanda “Neftçi”, “Bakı”, “Qarabağ” və “İnter”də (hazırkı “Şamaxı”) çıxış edib.

Onu da qeyd edək ki, futbol üzrə Azərbaycan çempionatları tarixinin ən məhsuldar legioneri G.Adamiyadır.