Adil Vəliyev Nardaran və Bilgəh məktəblərində görüşlər keçirdi - Fotolar+Video

adil-veliyev-nardaran-ve-bilgeh-mekteblerinde-gorusler-kecirdi
Oxunma sayı: 1636

Bu gün Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev və icra başçısının müavinlərinin iştirakı ilə rayonun Nardaran qəsəbəsi 130 nömrəli tam orta məktəb və Bilgəh qəsəbəsi 11 saylı İnteqrasiya təlimli internat məktəbinin şagird və valideynləri ilə görüşlər keçirilib.

“Qafqazinfo” xəbər verir ki, görüşlərdə RİH başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, sözügedən məktəblərin direktorları, din xadimləri və qəsəbə sakinləri də iştirak edirdilər.

Sakinlərlə keçirilmiş görüşlər zamanı Sabunçu RİH başçısı Adil Vəliyev tərəfindən Azərbaycan Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 96 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə dəyişiklik edilməsi haqqında 2026-cı il 21 sentyabr tarixdə qəbul edilmiş Qərara əsasən, təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyi, eləcə də ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadəyə yol verilməməsi vurğulanıb. 

Eyni zamanda Nazirlər Kabinetinin 2026-cı il 6 oktyabr tarixli 325 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”ə  əsasən, təhsilverənlərin geyim formasının ümumi təhsilin dünyəvilik prinsipinə uyğun gəlməsi, müəllimin əmək funksiyalarının icrasına mane olmaması, tədris zamanı isə məşğələnin xarakterinə və iş şəraitinə uyğun funksional geyimlərdən istifadə olunması, qəbul edilmiş bu qərarların mahiyyəti və əhəmiyyəti barədə sakinlərə geniş izahat və müvafiq tövsiyələr verilib.

Qeyd edək ki, Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən rayon sakinləri ilə bu istiqamətdə maarifləndirici görüşlər mütəmadi olaraq davam etdirilir.