“Adını daşıdığın babanın xatirəsinə layiq bir ocaq qurursan” - Video

adini-dasidigin-babanin-xatiresine-layiq-bir-ocaq-qurursan
Oxunma sayı: 950

Xalq artisti Flora Kərimovanın nəvəsi evlənib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı müğənni sosial şəbəkə hesabında video paylaşıb.

Paylaşımda səhhəti ilə əlaqədar toy mərasiminə qatıla bilmədiyini bildirən sənətkar cütlüyə hədiyyə göndərdiyini deyib.

“Oğlum, qürurum, şərəfim Oqtay… Sevincini, arzunu, ürəyini bilirəm, oğul. Sevincinə sənin qədər sevinirəm. Dualarımla hər zaman yanındayam.

Nəvəm Faiq! Bu gün sən təkcə ömür yolunda yeni bir səhifə açmır, həm də adını daşıdığın babanın xatirəsinə layiq bir ocaq qurursan. Qoy sevginiz ömrünüzdən uzun, eviniz ürəyiniz qədər işıqlı, taleyiniz isə xeyir-dualar qədər saf olsun. Bir-birinizə hər zaman dayaq, sirdaş və əsl həyat yoldaşı olasınız. Öpürəm səni, Faiqim! Sizə sonsuz xoşbəxtlik, ailə səadəti və bərəkətli bir ömür arzulayıram. Sevgilərlə, Flora anan, nənə”, - o qeyd edib.

Xatırladaq ki, 85 yaşlı F.Kərimova bir müddət əvvəl səhhətində yaranan problemlə əlaqədar xəstəxanaya yerləşdirilmişdi.

Məlumat üçün bildirək ki, müğənni üç dəfə ailə qurub. O, məşhur cərrah İbrahim Topçubaşovla evli olsa da, birgə nikahdan övladları olmayıb. İ.Topçubaşovun ölümündən bir neçə il sonra F.Kərimova iş adamı Faiq Şəfiyevlə ailə qurub. Bu nikahdan onların Zümrüd adlı qızları doğulub. Oqtay isə sənətkarın qızı Zümrüd doğulmadan çox əvvəl qardaşından övladlığa götürdüyü övladıdır.